Sabiq nazir direktor təyin olundu - FOTO - YENİLƏNİB

Naxçıvanda "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğvetmə komissiyasının sədri təyin olunub.
***12:18
Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi Publik Hüquqi Şəxsin direktoru təyin edilib. Bundan əvvəl sözügedən qurumun direktoru Seyidov Səbuhi Ələkbər oğlu olub.
Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












