Bakıda sürücü "ayağını" çıxarıb polisi vurmaq istədi - VİDEO

Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları çətin duruma salıb. Avtosfer.az xəbər verir ki, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb. Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, adətən bu tip sürücülər əlillik pərdəsi arxasında gizlənir. "Çox kobud qayda pozurlar. Əksəriyyətinin minlərlə manat ödənməmiş cəriməsi olur. Bəzilərinin ümumiyyətlə heç bir sənədi olmur."
Elmeddin Muradlı hesab edir ki, bu cür yük maşınını əlil bir şəxsin idarə etməsinin özü bir təhlükədir. "Axı bu maşınlar əlillər üçün nəzərdə tutulmayıb. Əgər yoxlanılsa məlum olacaq ki, əlil üçün müvafiq konstruksiya da quraşdırılmayıb. Aydındır ki, əlillər işlə məşğul olmalıdır. Amma elə təhlükəli işlər var ki, onlar nəinki əlillərin, hətta bəzi sağlam insanların görməsi üçün müvafiq deyil."
Ekspert hesab edir ki, hər bir sürücü yol polisinin saxla əmrinə tabe olmalıdır. "Bildiyim qədər "Nəvai" postunda həmin sürücüyə saçla işarəsi verilib. Lakin tabesizlik göstərib. Ardınca Qaradağ postunda saxlamaq istəyiblər ki, buradan da qaçıb. 20 yanvar dairəsində süni tıxac yaradılaraq sürücünü yenidən saxlamaq istəyiblər. Bu dəfə də səs-küy salaraq ərazidən uzaqlaşıb və Binəqədi rayonu ərazisində gizlənib."
Ekspert yol polisinə haqq qazandırmasa da sürücünün də hərəkətini məqbul hesab etmir. "Xarici ölkələrdə bu cür addım atan sürücünü polis dərhal yerində güllələyir. Amma bizdə belədirmi? Bu situasiyada polis ona hər hansı zorakılıq etmir. Düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Polis sürücünü maşından düşürmək istəyir. Bu zaman da süni ayaq məsələsi ortaya çıxır. Düşünürəm ki, burda polisdən çox sürücü kobudluq edib."
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










