BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilər

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər ağır qəzalara yol açır. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumatda, bunu nəzərə alaraq DYP son günlər sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi hallarının artması ilə əlaqədar sürücülərə müraciət edib. Bildirilib ki, nəqliyyat vasitələri sahiblərinin etibarından sui istifadə edən bəzi gənclərimiz sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərirlər. Bəzi hallarda isə avtomobil sahibləri öz nəqliyyat vasitələrini bilərəkdən idarə etmək üçün sürücülük hüququ olmayan yaxınlarına verirlər.
Belə şəxslər isə nəticədə sürücülük vərdişləri və təcrübəsi olmadığından, habelə yol hərəkəti sahəsində qanunvericiliyin tələblərini bilmədiklərinə görə ağır nəticəli yol nəqliyyat hadisəsi törədir, insanların həlak olmasına və xəsarət almalarına səbəb olurlar.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sahibi olan vətəndaşlarımızın nəzərinə çatdırır ki, avtomobilinizi idarə etmək üçün sürücülük hüququ olan tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












