Bu yoldan keçərkən ehtiyatlı olun: Əks halda aldadıla və təhlükəylə üzləşə bilərsiniz - AÇIQLAMA - VİDEO

Bakı-Quba yolunda yardım məqsədiylə avtomobilləri saxladıb pul mənimsəyən sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Onun sözlərinə görə, 77-QH-982 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sahibi yoldan keçən lüks maşınların sürücülərindən müxtəlif bəhanələrlə maddi kömək istəyib. Bir müddət ərazidə dayandığını bildirən izləyici sözügedən şəxsin bahalı avtomobilləri mütəmadi olaraq saxlatdığını qeyd edib. Dələduzu ifşa etmək və digər sürücüləri məlumatlandırmaq üçün onu videoya çəkən şikayətçi sürücünün onu lentə aldığını görərək ərazidən uzaqlaşdığını əlavə edib.
Kadrdan da göründüyü kimi, videoda görünmək istəməyən saxtakar maşınına əyləşərək avtomobili arxa-arxaya sürüb. Nəticədə o, digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Sadıx Axundov Avtosfer.az-ın sorğusuna cavab verib: “Nəqliyyat vasitəsinin bu formada idarə olunması sürücünün həm özünə, həm də digər hərəkət iştirakçılarına qarşı ciddi şəkildə təhlükə yaradır və belə halda yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur. Sözügedən sürücü tərəfimizdən araşdırılaraq barəsində qanunamüvafiq tədbir görüləcək. Baş Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərdən xahişimiz nəqliyyat vasitəsini bu formada idarə etməsinlər və qanunvericiliyin tələblərinə riayət etsinlər”.
Nərmin
"Qaydaların pozulması ölümlə nəticələnir" - DYP-dən ÇAĞIRIŞ
Bakıda yolkəsənlik edən sürücü DYP tərəfindən saxlanıldı; üzr istədi - VİDEO
Qatı duman yolları təhlükəli edir - DYP-dən ÇAĞIRIŞ
Arxa duman fənərlərindən nə zaman istifadə oluna bilər? - DYP-dən cərimə XƏBƏRDARLIĞI - VİDEO
Səhər saatlarında diqqətsizlik ağır yol qəzalarına səbəb olur - DYP-dən ÇAĞIRIŞ
Dumanlı hava şəraiti ilə bağlı piyadalar və sürücülərə DYP-dən XƏBƏRDARLIQ
Təhsil kompleksində DİN-in mühafizə xidməti fəaliyyətə başladı
Vilayət Eyvazov Qubada qəbul və sıra baxışı keçirdi; 223 nəfəri işə götürdü - VİDEO
Bayram günlərində ölümlə nəticələnən qəzaların səbəbi bilindi - DYP-dən AÇIQLAMA
Yuxusuz və yorğun halda sükün arxasına əyləşməyin! - DYP-dən SÜRÜCÜLƏRƏ MÜRACİƏT
Çöldə hava buz kimidir, polis xidmət aparır - VİDEO











