Daha bir yol polisinin rüşvət videosu yayıldı - DİN və DYP-dən açıqlama

Sosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə “maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb. Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq. Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.
Qeyd edək ki, videonun yayda çəkildiyi bildirilir.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: “Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: “Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.
***
Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"a bildirilib ki, hazırda həmin videogörüntülərə baxış keçirilir və araşdırma aparılır. "Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.
Xatırladaq ki, ötən gün də sosial şəbəkələrdə YPX əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Görüntülərdə 99-YP-866 nömrəli YPX avtomobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtomobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.
Həmin videogörüntü ilə bağlı da BDYPİ-də araşdırma aparılır.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












