DYP-dən Quba yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi dekabrın 17-i səhər saatlarında Bakı-Quba yolunda iki nəfərin ölməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb. İdarədən Avtosfer.az-a bildirilib ki, dekabr ayının 17-də, təxminən saat 05:45 radələrində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 32-ci kilometrliyində Saatlı rayon Şirinbəy kənd sakini, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlu idarə etdiyi "Standart Lizing" MMC-yə məxsus "Hova" markalı 90 JR 522 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə içərisi dolu yüklə hərəkətdə olarkən idarəetməni itirərək dəmir məhəccərə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişin Rəşad Rəhimov hadisə yerində vəfat edib.
Hadisə günün qaranlıq vaxtı, süni işıqlandırma olmayan ərazidə baş verib. İlkin məlumata görə, hadisə sürücünün iş və istirahət rejiminə əməl etməməsi, fasiləsiz olaraq Bakı-Quba istiqamətində 16-17 dekabr tarixlərində 13 saat nəqliyyat vasitəsini idarə etməsi və anidən yuxulamasi səbəbindən törədilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















