“Eurohome”da yanğınla bağlı sürücülər bu yollardan istifadə etsinlər - DYP-dən AÇIQLAMA

Bakı-Sumqayıt yolunda, Ekologiya postu ilə üzbəüz yerləşən “Eurohome” ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq avtomobillərin hərəkətində sıxlıq yaranıb. Avtosfer.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə tövsiyə edib ki, ərazidə hərəkət edərkən diqqətli olsunlar və yolun keçilməzliyini nəzərə alaraq alternativ yollardan istifadə etsinlər. “Sürücülər vəziyyəti düzgün qiymətləndirməli və alternativ yollardan istifadə etməlidirlər ki, müəyyən istiqamətlərdə süni sıxlıqlar yaranmasın. Hazırda Sumqayıtdan Bakıya gələn yol Xırdalan dairəsi kimi tanınan ərazidən Xırdalan şəhəri, həmçinin yeni salınmış Novxanı istiqamətləndirilib. Novxanı, Mehdiabad, Məhəmmədi və Pirşağıdan keçməklə şəhər istiqamətinə hərəkət müəyyənləşdirilib. Eyni zamanda Sumqayıtdan Bakıya gələnlər yaxşı olar ki, şəhər daxili yollardan keçməklə dənizkənarı yol ilə Novxanı, yaxud yeni salınmış Nardaran-Buzovna yolu ilə hərəkət etsinlər.”
Vaqif Əsədov qeyd edib ki, bəzi sürücülər 20 yanvar dairəsindən Biləcəri istiqamətinə gedən yoldan istifadə etməyə üstünlük verirlər ki, bu da həmin ərazidə nəqliyyat sıxlığı yaradır. “Odur ki, sürücülərə təklif edirik ki, 20 yanvar dairəsindən geriyə dönməklə Ziya Büynadov prospekti ilə Sabunçu, Zabrat qəsəbələrindən keçməklə Pirşağı, Məhəmmədi, Novxanı yolu ilə hərəkət etməyə üstünlük versinlər.”
Bölmə rəisi onu da əlavə edib ki, hazırda ərazidə yanğının söndürülməsi üçün texnikanın, hətta helikopterlərin işləməsi, təhlükəsizliyin təmini üçün Ekologiya postu istiqamətindən şəhər və əks tərəfə avtomobillərin hərəkəti mümkünsüzdür. “Şamaxı istiqamətində gedənlər Ekologiya postunun yanından dönməklə həmin yola girə bilirlər. Amma ərazidə nəqliyyat sıxlığı yarandığı üçün sürücülərə bir qədər gözləməyi tövsiyə edirik. Yaxud Bakıdan Şamaxıya gedənlər ən yaxşı halda üçüncü kənar dairəvi yoldan keçməklə hərəkətə üstünlük verməlidir. ”
Orxan Əli
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












