Xidmətdə fərqlənən yol polisləri mükafatlandırıldı – Avtosfer.az-dan VİDEO

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla təsis edilən “Polis günü” bu gün ölkənin bütün bölgələrində qeyd olunur. 108 illik şərəfli tarixə malik Azərbaycan Polisi bu gün də ölkənin təhlükəsizliyi, ictimai asayişi və vətəndaşların rahatlığı naminə gecə-gündüz fədakarlıqla xidmət göstərir.
Avtosfer.az kollektivi, eləcə də “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin üzvləri peşə bayramları münasibətilə DYP əməkdaşları ilə görüşlər keçirib, onları “Polis günü” münasibətilə təbrik edib. Görüşdə son 1 il ərzində Azərbaycan yollarında xidməti zamanı fərqlənən, yağışda, qarda, günün bütün saatlarında xidmət aparan, yolda qalan vətəndaşlara kömək edən yol polisləri iştirak edib.
Görüşlər təkcə paytaxt və Bakıətrafı ərazilərdə deyil, həm də respublika əhəmiyyətli yollarda xidmət aparan YPX əməkdaşları ilə də geçirilib. Onlara Avtosfer.az saytının və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin diplomları, eyni zamanda “166 Yük Daşıma Xidməti”nin və “Toyota Azərbaycan” şirkətinin hədiyyələri təqdim olunub.
Səfər
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ

































