Nəm asfaltda yüksək sürətlə hərəkət etmək niyə təhlükəlidir? - DYP-dən AÇIQLAMA - VİDEO

Yağış və ya qar sonrası sürücülərin bilməli olduqları vacib məqamlar açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, yağış və qar sonrası təkərlərin yollarda olan su gölməçəsinə düşməsi sürücülər üçün ciddi təhlükə yarada bilər:
"Bu hadisə, xüsusilə yüksək sürətlə hərəkət edən avtomobillərdə "aquaplaninq" (su üzərində sürüşmək) adlanan təhlükəli vəziyyətə səbəb ola bilər. Aquaplaninq zamanı təkərlər yol səthi ilə təmasını itirir və avtomobil sanki suyun üzərində üzməyə başlayır. Nəticədə sürücü idarəetməni tam itirir".
Aquaplaninq necə baş verir?
Aquaplaninq - təkərlər altındakı suyu kənara ata bilmədikdə yaranır. Normal şəraitdə təkərin protektorları suyu kənara yönəldərək yol səthi ilə təması təmin edir ki, bu da sürücünün lazım olan anda avtomobilin hərəkət istiqamətini dəyişməsinə yardımçı olur. Lakin:
* Yolun su ilə örtülməsi,
* Sürətin yüksək olması,
* Təkərlərin aşınmış və ya havasının az olması kimi hallarda şinlərin suyu kənarlaşdırması prosesi natamam icra edilir və nəticədə idarəetmə çətinləşir, bəzən isə tamamilə mümkünsüz olur.
Sürücülər nə etməlidir?
Aquaplaninqin qarşısını almaq və bu vəziyyətdə düzgün reaksiya vermək üçün aşağıdakı qaydalara əməl etmək vacibdir:
✅ Sürəti hava şəraitinə uyğun tənzimləmək – Yağışlı hava şəraitində və yaş yollarda yüksək sürətlə hərəkət etdikdə avtomobilin sürüşmə riski artır.
✅ Təkərlərin vəziyyətini mütəmadi yoxlamaq – Aşınmış təkərlər suyu düzgün şəkildə kənara ata bilmir. Təkərlərin protektor dərinliyi az olduqda, yol tutumu zəifləyir və avtomobilin sürüşmə ehtimalı artır.
✅ Təkər təzyiqinə nəzarət etmək – Həddindən artıq aşağı və ya yüksək təzyiqli təkərlər aquaplaninq riskini artırır.
✅ Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinmək – Yaş yolda qəfil sükanı çevirmək və ya əyləcə basmaq avtomobilin nəzarətdən çıxmasına səbəb ola bilər. Ələlxüsus da avtomobilin bir tərəfi qismən quru, digər tərəfi isə gölməçəyə düşdüyü məqamlarda.
✅ Təkərlər yaxşı vəziyyətdə olsa belə, ehtiyatlı olmaq – Hətta yeni təkərlərlə də yüksək sürətlə su gölməçəsinə daxil olduqda aquaplaninq riski var.
Təhlükəsiz sürüş üçün hər zaman hava və yol şəraitinə uyğun sürət seçmək və buna uyğun hərəkət etmək tövsiyə olunur.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










