Sarayda ölümlə nəticələnən qəzanı kim törədib? - DYP AÇIQLADI
"Sözügedən hadisə dekabrın 4-də saat 18:00-da Saray qəsəbəsi ərazisində qeydə alınıb".
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib.
"Sumqayıt şəhər sakini Zaur Umudluyevin idarə etdiyi VAZ-2107 markalı, 10-UN-967 dövlət nömrə nişanlı avtomobillə yolu keçən qəsəbə sakini 1972-ci il təvəllüdlü Könül Seyidəliyeva vurulub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
BDYPİ bir daha piyadalardan yolu keçərkən diqqətli olmağı, xüsusən də günün qaranlıq saatlarında piyadalar üçün keçidi nəzərdə tutulmayan ərazilərdən yol keçməməyi xahiş edir.
Sürücülərdən isə bütün hallarda yol hərəkətinin ən müdafiəsiz iştirakçısı olan piyadalara qarşı diqqətli olmaları tələb edilir", - deyə M.Ağayev qeyd edib.
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO
Paytaxtda bəzi yollar bağlanacaq - SƏBƏB
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO












