Şəki DYP Tibb kollecində tədbir keçirib - FOTO

Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun, eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu dəfə, Şəki Dövlət Yol Polisi orta məktəb şagirdlərini deyil, yenə də kollec tələbələrini maarifləndirdi.
27 dekabr 2019-cu il tarixdə Şəki Tibb Kollecində keçirilən tədbir zamanı, Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu vaxt, yaxınlaşan nəqliyyat vasitəsinin səsini eşitməyəcək həm öz həyatını həmdə sürücüləri təhlükədə qoyacaq. Bundan başqa, son zamanlar, xüsusilədə yeniyetmələr və gənclər arasında küçə və yollarda hərəkət edən zaman mobil telefonla “WhatsApp” yazışmalarına yol verilirki, bu zaman qəzanın baş verməsinə daha çox zəmin yaranır.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Dövlət Yol Polisi tərəfindən görülən bu və ya digər tədbirlərin insanların həyat və sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, tələbələrin maarifləndirilməsində əsas məqsəd , yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.
Tədbirin sonunda, kollecin müəllim və tələbələri ilə xatirə şəkli çəkdirilib.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO













