Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO

Yol polisi 27 İyul 2026 11:09
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Avtosfer.az xəbər verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR

Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR

Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh