Yol polisi sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, diqqətli və məsuliyyətli olmağa çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə İdarənin müraciətində qeyd olunub.
Qeyd olunub ki, Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.
Bildirilib ki, sürücülər təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar:
"Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












