Yol polisi Bakıda ekoloji reyd keçirdi; qayda pozanlar CƏRİMƏLƏNDİ - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları «Təmiz hava» aylığı ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirin əsas məqsədi atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Tədbir zamanı saxlanılan sürücülərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək tövsiyə olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsili müsahibəsində bildirib ki, avtomobildən atılan zərərli maddələrin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanın qarşısının alınması istiqamətində görülən tədbirlər davamlı olaaq həyata keçirilir:

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının vacibliyi ilə bağlı sürücülər və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparıldı. Lakin diqqətə çatdırım ki, həyata keçirilən təbliğat və təşviqat işlərinin intensivliyinə baxmayaraq, yenə də avtomobil yollarında mühərriyi nasaz olan nəqliyyat vasitələri var. bütün bunları nəzərə alaraq, sürücülərdən, eləcə də sərnişin və yükdaşıma ilə məşğul olan fərdi və hüquqi şəxslərdən istifadələrində olan nəqliyyat vasitələrini saz vəziyyətdə istismar etmələrini xahiş edirik”.
Atmosferə buraxılan zərərli qazlarının miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib olunub.
Keçirilən tədbirdə media nümayəndələri və nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib. Ekspert mətbuata keçirilən tədbirdə yaşananlar və sürücülərin fikirlərinə rəy bildirib. O qeyd edib ki, ekoloji reyddə cərimələnməyə çox da üstünlük verilmədi, daha çox maarifləndirici söhbətlər aparıldı:

“Normadan bir az artıq nəqliyyat vasitələrinin idarəçiləri cərimə olunmadı, onlara xəbərdarlıq edildi. Amma bəzi maşınlar olur ki, nəzərdə tutulan normanı çox keçir. Deməli, bu maşınlara texniki qulluq lazımi səviyyədə aparılmır və belə bir nəticə ortaya çıxır. Mən sürücülərə məsləhət görürəm ki, avtomobilə vaxtı-vaxtında qulluq etsinlər. Çünki o sürücü o avtomobili öz həyətinə, evinə sürüb aparanda, o maşından atılan zəhərli qaz onun yaxınlarına, ailəsinə ziyan edir. Bu məsələdə birmənalı olaraq məsuliyyət sürücülərin üzərindədir”.
Elməddin Muradlı onu da vurğulayıb ki, sürücülər avtomobilin sazlığı ilə bağlı bildirdikləri iradda haqlı ola bilərlər:
“Yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var. Yanacaqdoldurma məntəqələrini yoxlasaq, bu və digər formada problemlər çıxacaq. Yanacağın tərkibinə müxtəlif qatqılar əlavə edilir, tərkib dəyişir və nəticə etibarilə belə bir vəziyyət yaranır. Bu yoxlamalardan sonra müəyyən ediləcək ki, sürücülərin yanacaqla bağlı iradları nə qədər doğrudur”.
Səfər
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO












