Banner

Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO

Yol polisi 25 Sentyabr 2026 14:00
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, dünəndən yol polisi əməkdaşları məhdudiyyət tətbiq olunan ərazidə gücləndirilmiş iş rejimində davam etdirirlər.

“Formula-1” yarışlarının keçirildiyi küçələrə - Xəqani, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov küçələrinə paralel yerləşən Dilarə Əliyeva küçəsində də yol polisi əməkdaşları sürücülərin rahat hərəkətini təmin etmək üçün səhər saatlarından etibarən qeyd edilən küçələri nizamlamağa başlayıb. Bununla yanaşı yol polisi əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrlə bəzi hissələrdə sürücülərə əks zolaqda hərəkət etməyə şərait yaradılıb.

Ötən gün Daxili İşlər Nazirliyi də paytaxt sakinlərinə müraciət edib. Müraciətdə sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunub.

Səfər

bax.tvhttps://player.bax.tv/embed/227285.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 282
ŞƏRH YAZ
Ad

E-mail

Şərh