Reklam

Yol polisi maşından 27 min manatın oğurlanması iddiasına cavab verdi - RƏSMİ

Yol polisi 6 Dekabr 2019 14:10 Oxunub 4623
Yol polisi maşından 27 min manatın oğurlanması iddiasına cavab verdi - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş yol polislərinin onu müayinəyə apardığı zaman avtomobildə pulun olduğu barəsində heç bir məlumat verməyib

Vətəndaş Vasif Adil oğlu Dünyamalıyev sosial səbəkələr və bəzi kütləvi informasiya vasitələrində yol polislərinin onu saxladığı zaman maşınından 27 min manat pulunun itdiyini idda edir. Bildirir ki, onun avtomobili duracağa aparılan zaman pulu oğurlanıb. O, bu məsələdə yol polislərini ittiham edir.

Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qeyd olunanlarla bağlı məlumatlıdır. “Həqiqətən də Vasif Adil oğlu Dünyamalıyev bu barədə müxtəlif instansiyalara, o cümlədən Bakı şəhər Baş Polisi İdarəsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, şikayətçi 02.10.2019-cu il tarixdə özünə məxsus 99 SU 819 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil ilə hərəkətdə olarkən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində avtomobili səkiyə vuraraq zədələmişdir. Sərxoş vəziyyətdə olduğu üçün yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyar Cabbarovdan 10 manat pul müqabilində onu evə aparmasını istəyib. Hərəkət edərkən Nərimanov rayonu, Təbriz küçəsində taksi sürücüsü ilə şikayətçi arasında mübahisə yaranıb. Yəni Vasif Dünyamalıyev taksi sürücüsünə avtomobilindən telefonunun və pulunu oğurladığını bildirib. Aralarında yaranan mübahisə zəminində Dünyamalıyev Cabbarovu vurub. Nəticədə Cabbarov avtomobildən düşərək uzaqlaşıb. Bu barədə isə DİN 102 telefon xidmətinə şikayət edib. Daha sonra Dünyamalıyev sərxoş vəziyyətdə öz avtomobilinə əyləşərək hərəkətini davam etdirib. Bir qədər hərəkət etdikdən sonra 99 YP 459 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Əvvəlcə polisə tabesizlik göstərsə də, YPX əməkdaşları onu tibbi müayinə üçün aidiyyəti üzrə apara biliblər. Dünyamalıyevin orta dərəcədə sərxoş olduğu həkim müayinəsi ilə təsdiqlənib.

Daha sonra aidiyyəti üzrə iş Nərimanov rayon 18-ci polis bölməsinə təhvil verilib, avtomobil isə müvəqqəti duracağa aparılıb. Vətəndaş Dünyamalıyev Vasif yalnız oktyabr ayının 5-də 102 xidmətinə müraciət edərək avtomobilindən 27 min manat məbləğində pulun oğurlanması barəsində məlumat verib.”

Vaqif Əsədov bildirib ki, aparılan araşdırma zamanı vətəndaş Dünyamalıyev özünü qeyri-səmimi aparıb. “Əvvəlcə oğurlanan pulun ev almaq üçün olduğunu və maşınında saxladığını bildirmişdi.  Lakin araşdırmalar zamanı həqiqətlərin üzə çıxdığını görərək pulun məhz taksi sürücüsü Bəxtiyar Cabbarov tərəfindən oğurlandığını və yol polisinin bu məsələdə heç bir günahının olmadığını etiraf etdi. Onu da əlavə edim ki, vətəndaş yol polislərinin onu müayinəyə apardığı zaman avtomobildə pulun olduğu barəsində heç bir məlumat verməyib.”

Vaqif Əsədov onu da əlavə edib ki, YPX avtomobilində olan kamera görüntülərinə baxılıb. “Görüntülərdə Dünyamalıyevin yol polislərinə qarşı təhqiramiz ifadələr işlətdiyi və cəmi 5 manatının olmasını deyərək onu buraxmağını istəməsi də əks olunub.”

Qeyd edək ki, hazırda iş aidiyyəti üzrə Xətai rayonu 37-ci polis bölməsi tərəfindən aparılır.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh