Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi və Elm və Təhsil Nazirliyi 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları “Diqqət, uşaqlar!” – təhlükəsizliyi aylığı çərçivəsində məktəblərdə maarifləndirici tədbirlər keçirib. Avtosfer.az xəbər verir ki, “Diqqət, uşaqlar!” təhlükəsizliyi aylığı çərçivəsində məktəblilərin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, onların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə paytaxtın 244,246,245,55,56,260,13,52,158,38 saylı ümumtəhsil müəssisələrində tədbirlər təşkil edilib.
Görüşlər zamanı məktəblilərə yol hərəkəti qaydaları, piyada kimi təhlükəsiz davranış, yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən, o cümlədən yeraltı və yerüstü piyada keçidlərindən istifadə olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.
Şagirdlərin diqqətinə çatdırılıb ki, yol hərəkəti iştirakçısı kimi hər bir şəxs qaydalara ciddi əməl etməli, yolun hərəkət hissəsinə çıxarkən diqqətli olmalı, svetoforun və yol nişanlarının tələblərinə riayət etməlidir. Xüsusilə azyaşlı uşaqların yol hərəkəti zamanı böyüklərin müşayiəti ilə hərəkət etməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirlərdə həmçinin sürücülərin məktəb ətrafında hərəkət zamanı xüsusilə diqqətli olmaları, sürət həddinə riayət etmələri və piyada, xüsusilə də uşaqlara yol verilməsi ilə bağlı maarifləndirici məlumatlar diqqətə çatdırılıb.
Şagirdlərin sualları cavablandırılıb, onların yol hərəkəti qaydaları və təhlükəsiz davranışla bağlı bilikləri möhkəmləndirilib.
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO



































