Yol polisi piyadalara müraciət etdi - VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.
Avtosfer.az xəbər verir ki, müşahidələr son günlər vətəndaşların avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi hallarının artdığını göstərir:
“Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yeraltı və yerüstü keçıdlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerərdən keçmək lazımdır. Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlıdirlər. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək,qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır.
Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.
Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə rıayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyı tövsiyə edirik. Hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, ailə üzvləri onun yolunu gözləyirlər".
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi










