Yol polisi radio verilişi açdı, general özü efirə çıxdı - FOTO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Radiosu ilə birgə layihəsi olan “Təhlükəsiz yol” proqramı fəaliyyətə başlayıb. Dekabrın 16-da efirə çıxmış proqramın ilk buraxılışının qonağı Baş İdarənin rəisi polis general-mayoru Ramiz Zeynalov olub. Avtosfer.az xəbər verir ki, R.Zeynalov DİN rəhbərliyinin təşəbbüsü ilə yaradılmış bu proqramın əsas məqsədinin baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün hərəkət iştirakçılarının maariflənməsi, yol hərəkətinin təşkilində və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumatların verilməsi, dinləyicilərlə birbaşa canlı ünsiyyət yaratmaqla mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görmək olduğunu bildirib, yaradıcı kollektivə müvəffəqiyyətlər arzulayıb.
Hər həftənin I, III və V günləri saat 17:00-dan 18:00-dək yayımlanacaq proqramda təkcə aparıcıların deyil, həm də Baş DYP İdarəsinin müxtəlif xidmətlər üzrə çalışan əməkdaşlarının çıxışı nəzərdə tutulur ki, bu da vətəndaşlardan alınmış məlumatların hansısa üçüncü şəxsə ötürülməsi deyil, məhz həmin əməkdaş tərəfindən icrası təmin olunacaq.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












