Yol polisi Sabunçuda məktəblərə getdi; qaydaları izah edib sualları cavablandırdı - FOTOLAR

Bakı Şəhər DYP İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları Nardaran və Bilgəh qəsəbələrində yerləşən 11, 130, 142, 295 saylı tam orta məktəblərdə yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüşlər keçirib. Avtosfer.az xəbər verir ki, görüşlərdə müxtəlif yaş qrupuna aid uşaq və yeniyetmələr iştirak edib. Onlara sərnişin və piyadaların hüquq və vəzifələri izah edilib, 12 yaşı tamam olmayan uşaqlara nəqliyyat vasitəsinin qabaq oturacağında oturmağın qadağan edilməsinin səbəbi əyani şəkildə göstərilib. Bundan başqa, 14 yaşı tamam olmayan uşaqlara yollarda velosipedlərdən istifadə etməmələri tövsiyə olunub, 16 yaşa çatmayan uşaqlara moped və skuterlərdən istifadənin təhlukəsi barədə ətraflı məlumatlar verilib.
Yol polisi əməkdaşları şagirdlərə qaydalara ciddi şəkildə yanaşmaları və əməl etmələri barədə tövsiyələr verib. Daha sonra isə uşaqların sualları cavablandırılıb, rəy və təklifləri nəzərə alınıb.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN
Bu ilin 9 ayında 146 cinayətkar qrup zərərsizləşdirilib - VİLAYƏT EYVAZOV
Vilayət Eyvazov Kollegiya iclası keçirdi; tapşırıqlar verdi - FOTOLAR
Xətaidə “Təmiz hava” aylığı; atmosferi çirkləndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
Oğuzda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - VİDEO
DYP skuter sürənlərin kobud qayda pozuntularını yayıb xəbərdarlıq ETDİ - VİDEO
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO

























