Yol qəzalarında hadisə yerinə necə tez cataq? - Tədbirlər planı hazırlandı

Bu gün "Excelsior Hotel"də "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023 Dövlət Proqramının müzakirəsi və Ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi"nə həsr olunmuş tədbir keçirilib. Lent.az xəbər verir ki, "Avtosfer.az" saytı və "Toyota"nın Azərbaycandakı rəsmi nümayəndəliyinin təşəbbüsü ilə baş tutan tədbirdə avtomobil eksperti Elməddin Muradlı, "Toyota"nın rəsmi nümayəndəsi Sabir Kazımzadə, sabiq deputat Çingiz Qənizadə, Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, BŞBYPİ-nin qərargah rəisi mayor Elvin Hüseynzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə və bir sıra media nümayəndələri iştirak edib.
Əvvəlcə "Avtosfer.az" saytını baş redaktoru Elməddin Muradlı çıxış edərək, ekoloji təmiz avtomobillərin sayının artmasının və bunun üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacib olduğunu bildirib. Daha sonra Ekologiya Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə köhnə maşınların faiz nisbətilə çox olduğunu bildirib. O, həmçinin Avropaya nisbətən Azərbaycanda avtomobillərin az olduğunu vurğulayıb. Şöbə müdiri hazırda hibrid avtomobillərin ƏDV-dən azad olunması barədə təklifə baxıldığını bildirib.
Bakı Şəhər Baş Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev qəzadan sonra ilkin yardımın daha tez çatması üçün aidiyyatı qurumların birgə təlim keçirməsindən danışıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












