YPX əməkdaşı vətəndaşının avtomobilini heç bir protokol tərtib etmədən duracağa yerləşdirib - FOTO

Sürücü tərəfindən Press.az-a iddia edilib ki, Bakının Yasamal rayonu ərazisində 99-YP-345 Dövlət qeydiyyatlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan YPX əməkdaşı inspektor Şükür, 10-OD-280 Dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilimin ön hissəsinin əlavə avadanlıqlarla qaldırıldığı bildirilərək DYP-ə aid 16 saylı (Qurd qapısı yaxınlığında) müvəqqəti dayanacağa aparıb.
Sürücü qeyd edib ki, avtomobilin ön hissəsində heç bir əlavə avadanlıqdan istifadə edilməyib və avtomobilin müvəqqəti dayanacağa aparılması üçün heç bir qayda pozuntusu olmayıb. DYP əməkdaşı əlavə olaraq heç bir protokol tərtib etmədən əsassız olaraq avtomobili müvəqqəti duracağa yerləşdirib.
Sürücü bu barədə Daxili İşlər Nazirinə şikayət məktubu ünvanlayacağını bildirib.
Məsələ ilə bağlı Press.az saytı ekspert Ərşad Hüseyinovla əlaqə saxlayıb.
Ə. Hüseyinov bildirib ki, bu kimi hallarda avtomobil müvəqqəti duracağa aparılmamışdan öncə sənəd üzərində göstərilən göstəricilər sürücüyə təqdim edilməlidir:
"Bu kimi qayda pozuntusunu iddia edildikdə, sənəd göstərilməlidir ki, baxın qanunda budur, lakin sizdə qanuna uyğun deyil. Əyər qayda pozuntusu yerində sübut edilmirsə, bu artıq doğru deyil"- deyə Ə. Hüseyinov bildirib.
Avtosfer.az sürücünün Press.az-a göndərdiyi şəkilləri sizlərə təqdim edir.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















