2 manata lisenziya, 4 sakinə 1 taksi: İnkişaf, yoxsa məcburiyyət?

Son günlərdə Bakıda taksilərin sayının həddən çox olduğu deyilir və şəhərimiz bəzən İstanbul, Paris və Berlin kimi meqapolislərlə müqayisə edilir. Amma taki sayının daha çox olduğu yerlər də var.
Avtosfer.az-ın xəbərinə görə, Benin Respublikasının paytaxtı Kotonuda ən geniş yayılmış nəqliyyat vasitəsi zemicandır, yəni mototaksi. Sözün yerli dildə mənası “tez məni filan yerə apar”dır.
Bu taksilər bir çox Afrika ölkəsində yayılsa da, Beninin paytaxtında idrat həddədir. 1 milyon sakini olan şəhərdə təxminən 250 000 zemican var. Yəni, hər 4 nəfərə 1 ədəd.
Zemican sürücülərinin arasında diplomlu işsizlərlə yanaşı kəndlərdən gələnlər də üstünlük təşkil edir. Hətta qadağan olunmasına rəğmən bu sənətlə ali məktəb müəllimləri də işdən sonra məşğul olurlar. Son vaxtlar bələdiyyə onları lisenziyalaşdırmaq istəsə də, nəzarət güclü deyil. Lisenziya dedikdə, 700 Mərkəzi Afrika frankına (təxminən 2 AZN) sarı köynək verilməsi nəzərdə tutulur. Son aylarda zəng xidmətinin (Zemexpress) yaradılması motosiklerin şəhərdə hərəkət intensivliyini azaldıb.
Bu nəqliyyat vasitəsi 80-ci illərin sonunda baş verən iqtisadi böhran və ictimai nəqliyyatın çökməsi ilə ortaya çıxıb. Asfalt yolların az olduğu ölkədə motosiklet həm də asan nəqliyyat vasitəsidir.
Sürücülərin iş rejimi qeyri-müəyyəndir, çox vaxt elə motosikletin stündə yatırlar. Onların arasında ürək-damar, göz və ağciyər xəstəlikləri adi hala çevrilib.
Praktik və ucuz olmasına rəğmən zemicanın ziyanı xeyrindən daha çoxdur. Zemican ehtiyat hissələrinin idxalı, satışı, təmir və yanacaq satışı (buna ayrı xəbərdə toxunacağıq – müəl.) on minlərlə insana iş yeridir. Lakin zemicanlar ictimai nəqliyyatın inkişafını buxovlayır. Qaçaq yolla gətirilən yanacaqla (kpayo) işləyən “zem”lərin yaratdığı ekoloji fəsad öz yerində. Sürücülər demək ola heç bir qaydaya əməl etmir, istənilən yönə hərəkət edir. Taksi avtomobilindən yalnız ağır yükü olan sərnişinlər istifadə edir. Ən əsası, Fransanın bu keçmiş müstəmləkəsinin sakinləri artıq zemicana öyrəşiblər. Onları ictimai nəqliyyata qaytarmaq çox çətin olacaq.
Vüqar
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR













