2022-ci ildə dünyada ən çox satılan avtomobillər - FOTO

Beynəlxalq ekspertlər qrupu son bir ildə dünya bazarlarında ən çox satılan avtomobillərin reytinqini tərtib edib. Avtomobil sənayesinin bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, bəzi ölkələr satışları artırmağa müvəffəq olublar. Avtomobil satışlarının mütləq lideri Çin olub və o, ən yaxın təqibçisi olan Amerika Birləşmiş Ştatlarını demək olar ki, iki dəfə üstələyib.
Çin bazarında ən çox satılan avtomobillər BYD Song Plus, Nissan Sylphy və Wuling Hongguang Mini EV modelləri olub. Elektromobil seqmentinin inkişafı sayəsində Çin satış həcmini 2 faiz artıraraq 26,86 milyon avtomobilə çatdıra bilib. 2022-ci ilin bestselleri 459 424 ədəd satılan BYD Song Plus modelidir.
Ford F-Series, Chevrolet Silverado və Dodge Ram pikapları ABŞ-da ən çox satılan avtomobillər olub. Çindən fərqli olaraq ABŞ bazarında satışlar 8 faiz azalıb. Avropada satılan avtomobillərin sayı da 2021-ci illə müqayisədə 6 faiz azalıb. Bütün satışların demək olar ki, 75 faizi Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyanın payına düşüb. Liderlər - Volkswagen Golf, Nissan Qashqai, Peugeot 208, eləcə də Fiat Panda və Hyundai Tucson modelləri olublar.
Bundan əlavə, Avstraliya, Hindistan, İndoneziya və Türkiyədə satışları artırmaq mümkün olub. Azərbaycana gəlincə isə, AADA marketinq şöbəsinin məlumatına görə, rəsmi dilerlərin satışlarında 10 faizlik artım olub. Azərbaycan bazarının liderləri Toyota RAV4, Toyota Camry və Hyundai Accent modelləri olublar. (autograph.az)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı



























