4 fəsil təkərlərin qışda təhlükəsi varmı? - AÇIQLAMA

“Dörd fəsil təkərlərin hər hansı təhlükəsi yoxdur. Belə bir problem də üzə çıxmayıb ki, kimsə 4 fəsil təkərə görə qəzaya düşsün. Fəsillərə uyğun təkərlər ona görə seçilir ki, hər fəsildə yol şəbəkəsi, asfalt təkərlə fərqli formada təmasa girir. Qışda tormoz məsafəsinin uzanması, sürüşkənlik, yayda asfaltın qızmar günəş nəticəsində hədsiz dərəcədə yumşalması, payızda yağıntının çox olması - bu cür hallara görə fəsillərə uyğun təkərlər seçirlər. Hər fəslin öz təkəri yoxdur. Yay və qış təkəri var”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, 4 fəsil təkəri Azərbaycanda optimal variant kimi seçirlər: “Çünki Azərbaycanda təkərə münasibət tamam fərqlidir. Sürücülər təkər alanda çox vaxt baxmırlar ki, qış, ya yay təkəridir. Təkərin görünüşü yaxşıdırsa, alırlar. Nə vaxt sıradan çıxsa, onda dəyişmək həvəsinə düşürlər. Bəzən heç onda da dəyişmirlər. Gərək təkər hardasa partlaya, dağıla, usta da deyə ki, bu təkər yaramır, sonra gedib dəyişirlər. Belə sürücülər də var”.
Ekspert vurğulayıb ki, avtomobil təkərinə görə bir çox ölkələrdə insanları məsuliyyətə cəlb edir, cərimələyirlər: “Təkərin protektorları qaydasında deyilsə, 1 mm-dən aşağı yeyilmə varsa, buna görə cəza tətbiq edirlər. İnsanlar da məsuliyyətlərini dərk edirlər. Çünki buna cəza kimi baxmırlar, başa düşürlər ki, təkər yaxşı deyilsə, maşın qəzaya düşəcək, özü öləcək. İnsan özünə necə dəyər verirsə, avtomobilinə də o cür dəyər verməlidir. Köhnə ayaqqabı ilə şəhərə çıxırsınız? Yox. Maşına da bu cür baxmaq lazımdır. Çünki maşının əsas yükünü təkərlər çəkir”.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












