60-cı illərdə Azərbaycanda bağça uşaqları üçün təyyarə pulsuz idi – FOTOFAKT

Sovet Azərbaycanında Bakıdan uzaq rayonlarla ən çevik əlaqə vasitəsi təyyarə idi. Əgər Bakıdan Şəkiyə avtobusla təxminən 10 saata getmək mümkün idisə, aviasiya ilə yol cəmi 1 saat çəkirdi. Lakin aviasiyanın da özünəxas problemləri vardı ki, bu da ayrı söhbətin mövzusudur.
Bu günlərdə sosial şəbəkədə “Nuxa fəhləsi” qəzetindən bir elanın yerləşdirilməsi bizi 60-cı illərə qayıtmağa vadar etdi.
Avtosfer.az xəbər verir ki, 1963-cü ilə aid elanda may-noyabr ayları üçün təyyarələrin uçuş cədvəli və şərtləri göstərilib.
Məlum olur ki, Şəkidən hər gün Bakıya 2, Gəncə, Balakən və Zaqatalaya 1 reys var. Bakıya uçuş təxminən 1 saat, digər nöqtələrə isə yarım saat çəkir.
Ən əsası, 5 yaşadək uşaqlar və 20 kq yük pulsuzdur.
Bakıya biletin qiyməti 8, Gəncəyə 5, Balakənə 3, Zaqatalaya isə 2 manatdır (əslində beynəlxalq adı sovet rublu olan valyutanın adını hər xalq öz dilində deyirdi). 5 yaşadək uşaqlar üçün gediş pusuz idi. Üstəgəl, hər sərnişin özü ilə pulsuz 20 kq yük apara bilərdi.
Qiymətlər barədə təsəvvür yaratmaq üçün o dövrün qiymətlərinə nəzər salaq.
1963-cü ildə Azərbaycan SSR-də şəkər tozu 94 qəpik, çuğundurdan hazırlanmış qənd 1 man, qamışdan hazırlanan qənd isə 1 manat 4 qəpik idi.
Görəsən o dövrün qiymətləri ilə indiki təyyarə qiymətləri üst-üstə düşürmü?
Vüqar Yaşaroğlu
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq














