80-ci illərdə A sinif “Mercedes” belə idi - FOTO

Məlumatlı oxucu haqlı olaraq xəbər başlığına etiraz edəcək. Axı o zaman A sinif “Mercedes” hələ mövcud deyildi. Bunun yerinə kompakt “Mercedes 190 E City” vardı.
Avtosfer.az-ın xəbərinə görə, 90-cı illərdə bazara çıxarılan, hamımızın tanıdığı A sinif “Mercedes” başqa alman brendləri üçün ciddi rəqibə çevrildi. Bu gün 4-cü nəsli istehsal olunan modellərin Avropada qiyməti 30 000 – 85 000 avro arası dəyişir. Yeri gəlmişkən 85 000 min avroluq avtomobildə 421 at gücü AMG mühərriki dayanır ki, bu da həddən artıq çoxdur. Yəqin heç bir azərbaycanlı belə kompakt avtomobilə yüksək qiymət ödəməz.
İndi Bakı küçələrində rast gəlinən “Mercedes 190” isə hamıya adi avtomobil kimi qarşılasa da, 40 il əvvəl belə deyildi. Kompakt premium kateqoriyalı bu maşın taksi üçün yox, iş adamlarına, varlılara nəzərdə tutulmuşdu. “Auto Zeitung” jurnalının yazdığına görə, zavod 1981-ci ildə başqa markalarla rəqib olacaq kiçikavtomobil hazırlamaq istəyir. Bu məqsədlə 190 modelini kiçidirlər. Şəhər üçün nəzərdə tutulduğundan adı da “Mercedes 190 E City” olur. Avtomobil daha yığcam alınır, qabarit və qapı sayı azalır. Yeni avtomobildə standart mühərriklə yanaşı 2,6 litrlik 160 at gücü mühərriklə də təchiz edilir.
İdeyanın müəllifi barədə məlumat az və ziddiyyətlidir. Avtomobilin tarixçəsi barədə məlumat da kasaddır. Neçə ədəd istehsal olunduğu bəlli deyil. Təəssüf ki, bu modeldən dövrümüzə cəmi biri gəlib çıxıb ki, bu da zavod prototipidir.
Vüqar Yaşaroğlu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır











