ABŞ-da sakinlər avtonom taksilərin başına “oyun açırlar” - SƏBƏB

San-Fransiskoda sürücüsüz taksilərin fəaliyyətindən narhat olan insanlar narazılığını bildirməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, son illərdə avtonom avtomobil texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Onlardan biri, gələcəkdə tam sürücüsüz robot taksi xidməti təqdim etməyi planlaşdıran ABŞ-nin “Cruise” şirkəti San-Fransiskoda avtomobilləri istifadəyə verib. San-Fransisko əhalisi şəhər küçələrində getdikcə artan sürücüsüz taksilərdən narahat olmağa başlayıb. Vətəndaşlar yolda çoxlu sayda pilotsuz maşınların olmasına görə təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirirlər.
“Safe Street Rebels” adlı qrupun “çətiri altında” birləşən vətəndaşlar sürücüsüz taksiləri dayandırmağın yolunu tapıblar. Vətəndaşlar taksilərin ön hissəsinə konus formalı yol işarələri yerləşdirirlər. Nəticədə yolu düzgün “görməyən” taksilər hərəkət edə bilmir. Şəhər sakinləri bu maşınları insanlar üçün təhlükəli hesab edirlər. Bundan əlavə, avtonom taksilərin paytaxt küçələrində sıxlığı artırması ilə bağlı şikayətlər çoxalmağa başlayıb. Robot taksi operatorları “Waymo” və “Cruise” isə polisdən etirazçılara müdaxilə etməyi və onların qanunsuz küçə etirazlarını dayandırmalarını xahiş ediblər.

Valyuta.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












