Açıq və tünd rəngli avtomobillər barədə mifə aydınlıq gətirildi - FOTO

Avtomobilin açıq və ya tünd rəngdə olması onun salonunun qızmasında, demək olar ki, fərq etmir.
Bu barədə ABŞ-ın “Consumer Reports” nəşrinin eksperti açıq və tünd rəngli kuzovu, eləcə də interyeri olan avtomobillərin salonundakı temperatur artımının dinamikasını müqayisə edəndən sonra bildirib.
Məlumata görə, sınaqdan əvvəl hər iki avtomobilin kabinələrində temperatur təxminən 26° olub. Açıq havada bir saat keçəndən sonra həm açıq, həm də tünd rəngli interyeri olan avtomobilin içərisində temperatur 37°-ni keçib.
“Tünd avtomobil çox cüzi, ancaq bir neçə dərəcə artıq qızdı”, - deyə “Consumer Reports”un yol sınaqları məsələləri üzrə meneceri Mayk Montiçello bildirib.
“Avtomobilin böyük şüşə sahəsi var və qızmar Günəş altında salonu hansı rəngdə olursa-olsun, qızdıracaq. İstilik dərəcələrindəki cüzi fərqlər avtomobil və ya salon rəngi seçərkən müəyyənedici amil olmaq üçün kifayət deyil”, - deyə nəşrin eksperti qeyd edib.
Mütəxəssis avtomobillərlə bağlı daha bir mühüm amilə toxunub. O, cəmi bir saat sonra hər iki avtomobildə temperaturun 40 dərəcəyə yaxınlaşdığını və getdikcə də artdığını deyərək uşaqları salonda hətta qısa müddətə belə nəzarətsiz qoymamağa çağırıb.
“Kiçik uşaqlara xüsusi diqqət yetirilməlidir. ABŞ Pediatriya Akademiyasına görə, onların bədəni böyüklərdən üç-beş dəfə daha tez isinir”, – deyə Montiçello xəbərdarlıq edib.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










