"Acura" markası "ZDX" krossoverinin carçısını nümayiş etdirib - FOTO

Bir neçə ildən sonra Acura markasının model xəttində ZDX adlanacaq ilk elektromobil peyda olmalıdır. Bu ad yapon markasının yaxın keçmişindən götürülüb: 2009-2013-cü illərdə Acura ZDX adı altında V6 mühərrikli kross-kupe istehsal edilib.
Yeni Acura ZDX krossoveri 2024-cü ildə debüt edəcək, lakin onun xarici görünüşü barədə indidən mülahizə yürütmək mümkündür. Artıq yapon markası onun carçısı olan Acura Precision EV Concept konseptual krossoverini təqdim edib.

Ana Honda şirkəti artıq uzun müddətdir ki, elektrik avtomobilləri istehsal edir, lakin Acura markasının model xəttində hələ də belə model yoxdur. İki il bundan əvvəl, yapon istehsalçısı General Motors konserni ilə müqavilə bağlayaraq, Ultium platformasından istifadə hüququnu əldə edib. Honda artıq bu arxitekturanı Prologue konseptində sınaqdan keçirib, indi isə növbə Acura elektromobilinə gəlib çatıb.
Acura ZDX modelinin carçısı olan Precision EV konsept avtomobilinin əsasını da Ultium platforması təşkil edir. Konsept “Acura dizaynının gələcəyini” nümayiş etdirir: o, kuzovun ümumi hamar xətləri ilə ahəng təşkil edən iti kənarlara və radiator barmaqlığının yerində quraşdırılmış işıqlanan naxışı olan tanınan beşbucaqlı panelə malikdir.

Krossoverin ön tərəfi qeyri-adi iti formaya malikdir - Acura dizaynerlərinin bu stilistik həllinin ilham mənbəyi kimi, klassik italyan qayıqları çıxış edib. Daha bir effektiv həll - parlaq elementlərin səpələnməsi şəklində hazırlanmış duman işıqlarıdır.
23-düymlük təkər diskləri xüsusi diqqətə layiqdirlər - disklərin milləri duman işıqları ilə harmoniya təşkil edir: onların üzərinə Particle Glitch firma adını almış üçölçülü naxışlar çəkilib.


İnteryerdə minimalizm və həndəsi formalar hökm sürürlər. Salonda iki şəffaf ekran, daha çox şturvalı xatırladan və avtopilot işə düşdükdə ön panelə çəkilən kəpənək-sükan quraşdırılıb. Avtopilot rejimində displeylərdə rahatlaşdırıcı animasiyalar göstərilir. Tərtibata gəldikdə isə, konseptdə yalnız ekoloji cəhətdən təmiz materiallardan - ağac, təkrar emal edilmiş plastik, akril və alüminiumdan istifadə olnub.
Acura markası artıq seriya ZDX elektrik krossoverinin 2024-cü ildə debüt edəcəyini rəsmən təsdiqləyib. Modelin Acura ZDX Type S adlı “qaynar” versiyasının olacağı da məlumdur.
autograph.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












