"Aston Martin" şirkəti Valour kupesinin bütün tirajını satıb

Aston Martin şirkəti iki həftə ərzində 110 nüsxəlik məhdud saylı tirajla buraxılacaq Valuor kupesinin bütün tirajını satıb. Superkar Britaniya brendinin 110-illik yubileyi şərəfinə hazırlanıb.
Ekslklüziv kupenin görünüşü V8 Vantage və DBS V8 RHAM/1 yarış avtomobilinə istinad olsa da, əslində o, One-77 modelindən götürülmüş 847 at qüvvəsi və 821 Nm fırlanma anı hasil edən 7,3-litrlik V12 atmoser mühərriki və Graziano firmasının 6-pilləli mexaniki transmissiyası ilə təchiz edilmiş “şeytani” Victor kupesinin kiçik seriyalı versiyasıdır.
Doğrudur, Victor modelindən fərqli olaraq, Valour 715 at qüvvəli 5,2-litrlik V12 biturbo mühərriki ilə hərəkətə gəlir. Amma qalan cəhətdən avtomobillər bir-birinə bənzəyir. Aston Martin Valour standart olaraq arxa oxda quraşdırılan yüksək sürtünməli mexaniki differensial, hərəkət rejimlərinin selektoru və ressoraltı kütləni 23 kiloqram azaldan karbon-keramik əyləc mexanizmləri ilə təchiz edilir.
Buraxılış sisteminin üçlüləli çıxış borularının divarlarının qalınlığı bir millimetrdən azdır ki, bu da daha yeddi kiloqram çəkiyə qənaət etməklə yanaşı, eyni zamanda heyrətamiz səslənməni təmin edir.
İnteryerin mərkəzi elementi ötürmələr qutusunun açıq mexanizmi olan selektorudur. Bu, hazırlanmasında alüminium, titan, karbon lifi və qoz ağacından istifadə edilən əsl sənət əsəridir.
Superkarın istehsalına bu ilin üçüncü rübündə başlanacaq, tədarüklər isə, 2024-cü ilin sonuna planlaşdırılır. Aston Martin Valour modelinin qiyməti 1-1,5 milyon funt sterlinq arasında dəyişə bilər.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












