"Audi" şitkəti Formula 1 çempionatında çıxış edəcəyini təsdiqləyib - FOTO

Audi şirkəti Formula 1 çempionatına gəlişini təsdiqləyib və yeni firma livrayasına boyanmış bolidi nümayiş etdirib. İnqolştadt istehsalçısı 2026-cı ildən başlayaraq adı açıqlanmayan komandanın güc qurğusu təchizatçısı kimi çıxış edəcəkdir. Güc aqreqatlarının yaradılması üzərində Audi Sport bölməsi tərəfindən Noyburq an der Donau şəhərində yaradılmış yeni struktur bölməsi işləyəcəkdir.
Audi markasının Formula 1 çempioantına gəlişi heç də sürpriz olmayıb - bu barədə məlumatı hələ cari ilin yazında Volkswagen konserninin rəhbəri Herbert Diss vermişdi. Lakin Audi hansı komanda ilə əməkdaşlıq edəcəyini açıqlamayıb. Əslində, bu komanda heç kim üçün sirr deyil - İnqolştadt istehsalçısı Sauber komandası ilə əməkdaşlıq edəcəkdir. Yeri gəlmişkən, keçən həftə Alfa Romeo şirkəti 2023-cü ildən başlayaraq Sauber ilə əməkdaşlığı dayandardığını bildirib.

Güc qurğusunun yaradılması ilə Audi Sport tərəfindən idarə olunan və mənzil-qərargahı Noyburq an der Donau şəhərindəki avtoidman səriştə mərkəzində yerləşən yeni bölmə məşğul olacaqdır. Orada artıq sınaq stendləri quraşdırılıb, lakin bütün infrastruktur yalnız bu ilin sonuna qədər tam hazır olmalıdır.
Məlum məsələdir ki, 2026-cı ildə qüvvəyə minəcək Formula 1 çempionatının texniki reqlamenti indikindən fərqli olacaqdır. Əsas yenilik - hibrid güc qurğusunun elektrik hissəsinin hasilatının artacağıdır. Güc baxımından elektrik üstqurumunun hasilatı daxili yanma mühərrikinin hasilatına bərabər olmalıdır - yəni, 540 - 550 at qüvvəsinə ümid bəsləmək olar.


Bu arada, əsas aqreqat əvvəlki kimi, 1,6-litrlik V6 turbomühərriki olacaqır. Audi markasının “kral yarışlarında” iştirakının şərtlərindən biri sintetik yanacaqdan istifadə idi. Qeyd etmək gərəkdir ki, Porsche şirkəti bu sahədə böyük təcrübəyə malikdir.
Ancaq almanların F1 çempionatına can atmasının yeganə səbəb yeni texnologiyaların sınaqdan keçirilməsi imkanı deyil. Audi şirkətinin əsas məqsədi əsas bazarlardakı hədəf auditoriyasıdır. 2021-ci ildə Formula 1 yayımlarına 1,5 milyarddan çox insan baxıb. Yarış Audi üçün əsas ölkələr hesab edilən Çin və ABŞ-da populyardır və hər il bu ölkələrdəki insanların diqqətini daha çox cəlb edir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










