"Audi" stajçıları NSU Prinz" modelini yarış elektrokarına çevririblər

Audi şirkəti e-tron modelinin mühərriki ilə təchiz olunmuş retro üslublu yarış elektromobilini təqdim edib. Qeyri-adi konseptin kapotunda Audi loqotipi belə yoxdur: iş ondadır ki, prototipin görünüşü Almaniyanın Nekkarzulm şəhərində bir vaxtlar velosiped, motosiklet və avtomobillər istehsal edən NSU brendinə məxsus olmuş zavodun 150 illik yubileyinə ithaf olunub.
Konveyerindən Audi A6 və A8 modellərinin çıxdığı ən böyük istehsal meydançalarının birinin keçmişinə ehtiram əlaməti olaraq, Audi stajçıları tarixi NSU Prinz modelinə əsaslanan şou avtomobilini yaradıblar.
1969-cu ildə Volkswagen tərəfindən alınmış NSU nisbətən kiçik bir şirkət olub. Konsern NSU şirkətini Auto-Union ilə birləşdirərək Audi NSU Auto-Union A.G. şirkətini yaradıb. Bir neçə il ərzində Audi və NSU avtomobilləri paralel olaraq buraxılıb və 1977-ci ildə Volkswagen NSU brendinin istifadəsindən imtina edib və o, tarixin arxivinə göndərilib.
NSU markasının ikona modeli 1957-1973-cü illərdə istehsal edilmiş ikiqapılı Prinz sedanı olub. Nekkarzulmdakı zavodun 150 illik yubileyinə həsr olunmuş yarış elektromobili layihəsi üzərində çalışan Audi stajçılarının ilham mənbəyi kimi, 1961-ci ildə orijinal Prinz modelini əvəzləmiş NSU Prinz 4 çıxış edib.
Daha dəqiq desək, yeni layihə 30 at qüvvəli ikisilindrli benzin mühərriki olan 1971-ci ilin Prinz 4L modelinə əsaslanır. Benzin mühərrikini 2020-ci ilin Audi e-tron modelinin 240 at qüvvəli elektrik mühərriki ilə əvəzləyib. Elektromotor Q7 TFSI e quattro hibridindən götürülmüş batareyadan qidalanır.
Əyləc sistemi də daxil olmaqla bir sıra komponentlər A1 modelindən götürülüb, orijinal Prinz 4L modelinin kuzovu genişləndirilib və dəyişdirilib. Qeyri-adi fəndlərdən biri - tirlərlə birbaşa kabinədəki təhlükəsizlik qəfəsinə bağlanan arxa spoylerdir – bu tirlər arxa pəncərədən içəri keçirlər.
Konsept, Electric Prinz 4 mənasını verən EP4 indeksinə malikdir və onun yaradılmasına 12 nəfər Audi stajçısı cəlb edilib. Audi şirkətinin idarə heyətinin üzvü Ksavyer Rozanın sözlərinə görə, belə layihələr şirkətin gələcəyinin gənc istedadlarla bağlı olduğunu göstərir.
Məlum məsələdir ki, EP4 modelinin seriya istehjsalından söz gedə bilməz.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












