Avropa avtomobillərin ən vacib detalı ilə bağlı səhvini düzəldir

Koronavirus pandemiyası zamanı ortaya çıxan təchizat problemləri Avropa İttifaqını ciddi tədbirlər görməyə vadar edib.
Avtosfer.az-ın xəbərinə görə, Avropa Parlamenti yarımkeçiricilərin istehsalı sahəsində qanunvericiliyə dəyişiklik edib. Hazırda üzv ölkələr də bu istiqamətdə addımlar atır. Vaxtilə bu sahəyə əhəmiyyət verməyən Avropa pandemiya zamanı avtomobil istehsalı dayanma həddinə gəldiyi zaman səhvini anladı. Məlum oldu ki, Asiya ölkələrindən gələn təchizat heç də etibarlı deyil. Elektromobil istehsalında isə yarıçkeçiricilər olmadan heç bir iş görmək mümkün deyil.
Statistikaya görə dünyada yarımkeçirici istehsalının cəmi 10%-i Avropanın payına düşür. Təchizatda problem yaranmaması üçün bu pay 2 dəfə artırılmalıdır.
Avropanın başlıca problemi maddi deyil, kadr çatışmazlığı ilə bağlıdır. Bu səbədən özəl və dövlət sektorunun ayırdığı 43 milyard avroluq sərmayənin əsas hissəsi layihələndirmə və kadr hazırlığına yönəldiləcək.
Lakin Çin və ABŞ kimi böyük oyunçularla rəqabət üçün təkcə investisiya deyil, vaxt da tələb olunur. Köhnə qitənin təchizat asılılığını aradan qaldırmaq üçün azı 10 il lazım gələcək.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












