Avropada ötən ay 158 000 yeni elektromobil satılıb

Avropa Avtomobil İstehsalçıları Asssosiasiyasının son statistikası bir faktı yenidən təsdiqlədi: qitədə elektromobilə keçid dönməyən proses halına gəlib. Lakin by hələ benzin və Dizel mühərrikli avtomobillərin bazardan tam kənarlaşdırılması anlamına gəlmir.
Avtosfer.az-ın xəbərinə görə, iyunda Avropa İttifaqında 158 000 ədəd yeni elektromobil satılıb və beləliklə il ərzində bu texnikanın bazar payı 10,7%-dən 15,1%-ə yüksəlib. Elektromobilə ən çox maraq Niderland, Almaniya, Belçika və Fransada müşahidə olunub. Avropa Avtomobil İstehsalçıları Asssosiasiyasının statistikasına görə, elektromobil satışında Tesla və Volkswagen liderlik edir.
Kəskin qiymət endiriminə gedən Tesla cari ildə Avropada 137 000 avtomobil satmaqla bazar payını qoruyub. Başqa sözlə, qitədə satılan hər 5 elektromobildən biri Tesla olub. Volkswagen qrupu isə 217 min avtomobil satıb ki, bu da 68% artım deməkdir.
Dizel mühərrikli avtomobillərin satışında isə geriləmə davam edir. Səbəb yanacağın bahalaşması və ekoloji qalmaqallardır. Bununla belə, Rudolf Dizelin icad etdiyi qurğu ilə hərəkətə gələn avtomopbillərin bazar payı 13,4%-dir. Bu maşınlar əsasən Almnaiyada və Mərkəzi Avropada hər il yüz minlərlə kilometr qət edənlərin seçimidir. Ağır yanacaqla işləyən mühərrik Almaniya üçün həm də milli qürur məsələsidir.
Digər modellərə gəlincə, hibrid avtomobillərin satışı artaraq bazarda 24% paya sahib olub. Bununla belə, doldurulabilən hibridlər bazarda tam möhkəmlənə bilmir. Onların payı 8%-ə çatmır. Avropada benzin mühərriklər hələ də prioritetdir və bazarın 36,3%-ni təşkil edir.
Ümumilikdə Avropada cari ildə 5,4 milyon ədəd yeni avtomobil satılıb ki, bu da illik əsasda 18% artım deməkdir. Bununla belə, əldə edilmiş göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır. Bu da bir daha Avropanın avtomobil sektorunun koronavirus pandemiyasının təsirindən tam çıxmadığını göstərir.
Vüqar
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










