Avropaya ixrac edilən ilk “Toyota” satışa çıxarıldı - FOTO
“RM Sotheby’s” hərrac evinin Paris ofisi azsaylı avtomobillərdən birini satışa çıxarıb.
Avtosfer.az-ın xəbərinə görə, söhbət 1967-ci ildə istehsal edilmiş “Toyota 2000 GT” modelindən gedir.
1960-cı illərdə “Toyota” lüks avtomobil sahəsinə girişir və ixracatı artırmağı planlaşdırır. 1965-ci ildə isə markanın o dövr üçün lüks modeli olan “GT 2000” təqdim edilir. 2 litrlik V6 mühərrikli “GT 2000” müstəqil qabaq və arxa asqı, diskli tormoz sistemi və 2 qazpaylama vallı ilk yapon avtomobili idi.
Lakin model çox da rəğbət qazanmır. 1967-1970-ci illərdə istehsal olunmuş 337 avtomobildən cıəmi 115-i ixraca gedir. Layihə uğursuz olsa da, yapon mühəndislər özlərini reklam etməyi bacarırlar.
Satışa çıxarılan maşın da 1967-də istehsal olunub və ilk nümunələrdəndir. Avropaya satılan maşın sonradan bir neçə dəfə əldən ələ keçərək ölkə dəyişib. İdeal vəziyyətdə olan avtomobilin 500-700 min avro arasında satılacağı ehtimal edilir.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












