Bakıda satılan bahalı maşın Hitlerin generalına məxsus imiş - FOTO

2021-ci ilin avqust ayında ölkədə 1,5 milyona retro maşın satılması ilə bağlı xəbər vermişdik. Hazırda həmin avtomobillə bağlı maraqlı faktlar ortaya çıxıb.
Bir zamanlar həmin maşını Adolf Hitlerin generalı idarə edib.
Bu barədə lent.az-a maşının sahibi Teymur Məmmədov məlumat verib.
_1674131659.jpeg)
Onun sözlərinə görə, bu maşını qohumu Heydər Əhədov vəfat etdikdən sonra mərhumun oğlundan alıb: "Heydər Əhədov deyirdi ki, bu maşın Almaniyada Hitlerin generallarından birinin şəxsi maşını olub. Bu maşın bir sıra xeyr işlərdə istifadə olunub. Eyni zamanda, bir neçə dəfə retro maşın kimi kliplərə çəkilib. İndi klassik maşını satmaq istəyirəm. Çünki daha yaxşı şəraitdə saxlanılmalıdır. Ölkəmizdə də bir dənədir bundan. Qiyməti isə 1 milyon 445 min manatdır".

Xatırladaq ki, avtomobil "Mercedes 170V” 1936-cı ilin fevralında Berlində keçirilən Beynəlxalq avtomobil və motosiklet sərgisində təqdim edilib. Zavod 1936-1942-ci illərdə bu modeldən 75 min istehsal etmişdi.



_1674131725.jpeg)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












