Belə "Mercedes 190" heç yerdə görməmisiniz - FOTO

1980-ci illərin sonu. Dünya avtomobil sənayesi elektrik modellərinə keçid üzərində işləyir. Mercedes də Almania hökumətinin dəstəyi ilə bu sahəyə sərmayə qoyur. Avtosfer.az-ın xəbərinə görə, elektromobilin hazırlanması üçün 190 modeli seçilir. Ayrı bir sexdə avtomobilin üzərində gecə-gündüz iş gedir. Beləcə natrium xlorid və nikel akkumulyatorlu Mercedes 190 Elektro ortaya çıxır. Real keyfiyyəti yoxlamaq üçün avtomobil Baltik dənizindəki adalardan birində yoxlanılır. Burada elektrik hasilatı külək və günəş batareyaları ilə təmin edilirdi.

Cəmi 10 ədəd hazırlanmış prototipdən biri də berlinli taksi sürücüsünə sınaq üçün verilir. Elə ən çox yol qət edən də bu avtomobil olur – 100 000 km. 44 at gücü mühərrikə malik avtomobilin sürəti də elə modelinə uyğun idi – 190 km/saat. Yeni texnika özünü doğrultdu və o dövr üçün kifayət qədər yüksək göstəricilərə malik idi.
Avtomobil kütləvi istehsala çıxarılmasa da, alman mühəndislər üçün sınaq meydançası oldu. Onun hazırlanmasında qazanılan təcrübədən sonrakı illərdə hibrid və elektromobillərin istehsalında geniş istifadə edildi.


Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır






















