Bəxti açılmayan “Moskviç” - FOTO

Rusiyada noyabrda yığılmağa başlayan, dekabrda isə satışa çıxarılan “Moskviç-3” avtomobili rəğbət görməyib.
Avtosfer.az-ın xəbərinə görə, dekabrda 6, yanvarda 29 ədəd olmaqla cəmi 35 avtomobil satılıb. İstehsal həcmi isə 2000 ədədi keçib. Zavod ildə 50000 avtomobil istehsalını planlaşdırır.
150 at gücü benzin mühərrikli avtomobilin qiymıəti 27 500 dollar olduğu halda, elektromobil 47 500 dollardır. İndiyədək cəmi 5 elektromobilə müştəri tapılıb.
Ekspertlərin fikrincə, maşına marağın az olmasına səbəb qiymətin bahalığıdır. Hətta yeni ilin ilk günlərdində avtomobil taksi şirkətlərinə təklif olunsa da, müsbət cavab verilməyib.
Qeyd edək ki, “Moskviç-3” əslində Çinin JAC JS4 modelinin surətidir. Rusiyada yığılan avtomobillərin yeganə fərqi loqodur. Digər MDB ölkələrində bu maşınlar kifayət qədər aşağı qiymətə təklif edilir.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













