"BMW 6 Series GT"-nin istehsalı dayandırıla bilər

Alman avtomobil istehsalçısı BMW 6 Series Gran Turismo modelini dayandırmaq qərarına gələ bilər.
Avtosfer.az xəbər verir ki, 2017-ci ildə satışa çıxarılan model Münhendə yerləşən şirkət üçün gözlənilən bazar uğurunu əldə edə bilmədi. Xüsusilə Almaniyada satışlar kifayət qədər aşağı səviyyədə qaldı.
Keçən il cəmi 509 ədəd satıldığı halda, 2022-ci ildə eyni platforma və mühərrikləri paylaşan 5 Series ailəsi aylıq olaraq dörd rəqəmli satış rəqəmlərinə çatmağı bacardı. 2023-cü ilin yarısında 6 Series Gran Turismo cəmi 237 tədarüklə ölkədə ən az satılan BMW modeli oldu.
Şirkət rəhbərləri bildirirlər ki, aşağı tələb və satış rəqəmləri 6 Series GT-nin bazarda uğursuzluğuna işarə edir. Bu səbəbdən, BimmerToday-dəki xəbərlərə görə, BMW 2024-cü il üçün 6 Series GT-ni məhsul çeşidindən çıxaracaq.
ted.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












