"BMW M" bölməsinin ilk elektrokarı dördmühərrikli olacaq - FOTO

BMW şirkətinin M Sport xəttində artıq ikimühərrikli “qaynar” elektrik avtomobilləri var: i4 M50 liftbəki və iX M60 krossoveri artıq bəzi ölkələrdə satılırlar. Gələn il isə, onlara BMW i7 M70 sedanı da qoşulacaqdır. Ancaq daxili yanma mühərriki olmayan ilk tamölçülü M modelinin debütü hələ qarşıdadır.
Yubiley ilində artıq bir sıra səs-küylü təqdimatlar keçirmiş BMW M GmbH bölməsi təkərlərinin hər birində ayrıca elektrik mühərriki olan elektrik idman avtomobilinin prototipinin sınaqlarına başlandığını elan edib.

BMW i7
Mühərriklər bir-birindən müstəqil şəkildə, yüksək inteqrasiya dərəcəsinə malik olan vahid mərkəzi blok tərəfindən idarə edilirlər. Elektronika sürücünün hərəkətlərini və dəyişən yol şəraitini daim izləyir, habelə dartma qüvvəsini daxili yanma mühərrikli avtomobillər üçün əlçatan olmayan sürət və dəqiqliklə paylayır.
Maksimal sabitliyi və manevr qabiliyyətini təmin edən oxşar sistemlər artıq məşhur Rimac Nevera və ya ekzotik Drako GTE kimi dördmühərrikli elektrik idman avtomobillərində tətbiq olunur. Üstəlik, belə quruluş hətta yaş və ya qarlı yollarda döngələri yüksək sürətlə keçməyə imkan verir.

BMW M Hybrid V8 sportprototipi
BMW prototipi yuxarıda qeyd olunan i4 M50 liftbəkinin kuzovundadır – kuzovun ön hissəsi daha çox burulmaya qarşı sərtlik əldə etmək üçün gücləndirilmiş, təkər tağları isə genişləndirilmişdir.
Kuzovun altında gizlənən elektrik güc qurğusunun xüsusiyyətləri barədə məlumat verilmir. Sınaqlar yeni başlandığından bu texnologiyanın kütləvi istehsala buraxılmasının təxmini tarixi də məlum deyil. Eyni zamanda, BMW şirkətindən artıq bağlı yollarda qət edilmiş ilk kilometrlərin, belə idarəetmə sisteminin nə qədər perspektivli olduğunu göstərdiyini bildiriblər.

BMW XM
Bu arada, bu il ilk BMW M hibridi konveyerə çıxmalıdır. Bu, V8 mühərrikinə əsaslanan güc qurğusu ilə təchiz edilmiş XM krossoveri olacaqdır.Səkkiz silindrli mühərrikdən IMSA və WEC dözümlülük yarışlarında mübarizə aparacaq yeni elektrikləşdirilmiş sportprototipdə də istifadə olunur.
Qeyd etmək gərəkdir ki, ilk M hibiridinin testələri final mərhələsinə qədəm qoyub. Bununla belə, BMW markasının fanatları bu avtomobilin görkəmindən o qədər də razı deyillər və sosial şəbəkələrdə onu lağa qoymağa da imkan tapıblar.
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












