Bu ölkədə 600 min nəfər avtomobili vəsiqəsiz idarə edir - FOTO

Statistika sizə qəribə gəlməsin. Təxminən 10 il əvvəl göstərici 700 min idi. Söhbət Fransdan gedir.
Avtosfer.az-ın TV 5-ə istinadla xəbərinə görə, Fransada saxta sürücülük vəsiqəsi ilə və ya ümumiyyətlə vəsiqəsiz idarəetmə geniş yayılıb. Kağız formada tərtib edilən vəsiqəni bəzən polis də ayırd edə bilmir. Hətta bu yaxınlarda 1 dizayner etiraf edib ki, öz adına hazırladığı saxta vəsiqəni polis dəfələrlə yoxlasa da saxtalığı hiss etməyib. Lakin ötən il öz səhvi ucbatından ilişib. İndi qanuni vəsiqə ilə maşın sürür.
Polis son günlərdə saxta vəsiqə və ya ümumiyyətlə vəsiqəsiz maşın sürənlərə qarşı reyd keçirib. Sənədlərin həqiqiliyi ultrabənövşəyi işıqla yoxlanılır ki, bunu da saxtalaşdıra bilənlər tapılır.
Qəribə hal budur ki, dünyanın əksər ölkələrində sürücülük vəsiqəsini özü ilə gəzdirmək praktikası aradan qalxdığı halda Fransa bu sistemə keçməyə tələsmir.
Saxta vəsiqəyə və ya ümumiyyətlə vəsiqəsiz idarəetməyə səbəb isə sənəd almağın çox çətin olmasıdır. Fransada sürücülük vəsiqəsini iddiaçıların cəmi 20%-i ilk cəhddə ala bilir. Rüsum, təhsil, təlim və tibbi müayinə haqqı çox vaxt 3 min avronu keçir. Halbuki universitetə qeydiyyat rüsumu 300 avrodan azdır, təhsil isə pulsuzdur. Buna görə də fransızlar sürücülük vəsiqəsini “ən bahalı diplom” adlndırırlar.
Əslində Qərbi Avropanın heç bir ölkəsində minimal vərdişə malik olmayan şəxs vəsiqə ala bilmir. Vaxtilə bolqarlar bu işdə Almaniya, Fransa, İtaliya və digər ölkələrin vətəndaşlarına kömək edirdilərsə, indi bu ölkədə alınmış vəsiqələr Qərbi Avropada tanınmır. Müqayisə üçün deyək ki, 10 il əvvələdək Bolqarıstanda avropalılar üçün şəbəkə qurulmuşdu. Mexanizm də sadə idi: 1000 avro ver, adını geri tarixlə kursa yazdır, bir gecəni oteldə keçir, səhər Sofiyanın görməli yerlərinə baş çək, nahardan sonra isə vəsiqəni götür. Artıq Qərbi Avropa ölkələri öz vərəndaşlarına Bolqarıstanda vəsiqə almağı qadağan edib. Bir sözlə, Bolqarıstan polisinin bazarı yalnız yeri vətəndaşlarla məhdudlaşıb.
Yeri gəlmişkən, 2005-ci ildə Avropa İttifaqı ölümlə nəticələnən qəzaların sayını 2010-cu ilədək 50% azaltmağı tələb kimi irəli sürdü. Qərbi Avropada buna cəmi 3 ildə nail olsalar da, Bolqarıstanda əksi oldu. Yollarda ölüm əmsalı yarıbayarı artdı.
Bu yerdə SSRİ-dəki məşhur misal yada düşür: quş toyuq deyil, Bolqarıstan da xaric.
Cəzaya gəlincə, sürücülük vəsiqəsi üzərində olmayan şəxs 38 avro cərimə edilir. Cərimədən sonra 5 gün ərzində sənədi polisə təqdim etməyən şəxsi cəzası 750 avrodur. Saxta sürücülük vəsiqəsi ilə idarəetmə 5 il həbs və 75 000 avro cərimə ilə cəzalandılrılır. Bundan başqa, saxtalığa yol verən şəxsin seçib-seçilmək hüququ da məhdudlaşdırılır.
PS. Fransada sürücülük vəsiqəsi ilə bağlı vəziyyət belə olsa da, bütün ölkələrdə sürücülük vəsiqəsinin və avtomobil qeydiyyat şəhadətnaməsinin adı həm də fransızca yazılır (permis de consuire, certificat d’immatriculation).
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək













