"Bugatti" firma göy rənginin yeni çalarını hazırlayır

Avtomobil idmanının ilk dövrlərində, sponsor liveriyaları peyda olmazdan əvvəl, hər bir ölkənin yarış avtomobilləri özünəməxsus rəngə boyanırdı. Məsələn, Almaniyanın rəmgi gümüş, Böyük Britaniya - yaşıl, İtaliya - qırmızı, Fransanın firma rəngi isə göy idi. Bugatti avtomobilləri də bu rəngə boyanırdılar və zaman keçdikcə French Racing Blue qeyri-rəsmi Bugatti Blue adını aldı. Deyəsən, tezliklə bu çalar yeni təfsirini alacaqdır.
Bugatti şirkətinin firma rəngi 1920-ci illərdə açıq firuzəyi çalar idi, lakin onilliyin ortalarında bu rəng tünd göy rəngin neytral çaları ilə tamamlanaraq fransız markanın ən məşhur avtomobil rənginə çevrildi. Daha sonra ikirəngli boyama sxemi populyarlaşıb, bu isə öz növbəsində, açıq firuzəyiyə çalan daha parlaq göy rəngdən istifadəyə gətirib çıxarıb. Məhz bu sxemdən hazırki Chiron hiperkarlarında ttətbiq olunur: ön tərəf açıq göy rəngə boyanır, “C” firma xəttinin arxasındakı hər şey isə, daha tünd göy rəngdədir.


2007-ci ildə, Bugatti Volkswagen Group konserninin tərkibinə daxil olub və Bugatti şirkəti 1909-cu ildə markanın yaranmasından bəri mövcud olan bütün göy çalarlarından istifadə etməyə qərar verib və dörd təsfir seçilib: isti göy, soyuq göy, neytral göy və ən qeyri-adi - mavi çalarlı karbon lifi.
Bugatti-Rimac birgə müəssisəsinin yaradılmasından sonra, fransız avtomobil istehsalçısı brendin perspektivli hibrid modellərinin boyanacağı firma göy rənginin yeni çalarının yaradılması üzərində çalışmaların başlandığını elan edib.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












