“Bugatti” uşaq maşınını təqdim etdi

“Bugatti” “Baby II Carbon Edition” modelini buraxbı.
Bu iki yerlik retro tipli elektromobil uşaqlar üçün nəzərdə tutulub. Avtomobilin qiyməti 80 min dollardır (təxminən 139 min manat).
Uşaq avtomobili xarici görünüş olaraq 1924-cü ilin “Type 35” modelini təkrarlayır. O, üfüqi LED bölmələri olan faralar, həmçinin tənzimlənən pedal qurğusu ilə təchiz edilib. Güzgü qurğuları, sükan çarxının mərkəzi və radiator barmaqlığı karbon lifindən hazırlanıb. Maşın 10 kVt gücündə mühərriklə təchiz olunub. Bu model 68 km/saat sürət yığmağa qadirdir. Oturacaq və sükan elə tənzimlənə bilər ki, boyu 1,9 m-ə qədər olan sürücü avtomobilə sığsın.
“Baby II Carbon Edition” məhduddur. Hər bir model əl ilə yığılacaq. Bununla belə, vacib şərt var: yalnız W16 Mistral almaq qərarına gələnlər bu nadir modelin sahibi ola biləcəklər. Onun dəyəri 5 milyon dollardır. (lent.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












