"ChatGPT" avtomobillərə TƏTBİQ EDİLDİ - FOTO

Alman avtomobil istehsalçısı "Mercedes-Benz" avtomobillərinə ChatGPT chatbot dəstəyi əlavə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "TechRadar" məlumat yayıb.
Məşhur süni intellekt platformasına dəstək "Mercedes-Benz User Experience" (MBUX) multimedia sistemi əsasında həyata keçirilib. İstifadəçi ChatGPT-ə səslə daxil ola biləcək - xidmət cavabı danışacaq və ya mətn şəklində məlumat verəcəkdir. Şirkət nümayəndələrinin sözlərinə görə, motorist həm müəyyən nöqtəyə marşrut qura, həm də çat botuna müxtəlif mövzularda suallar verə biləcək.

"Mercedes-Benz" nümayəndələri qeyd ediblər ki, yeni xidmət "Microsoft Azure OpenAI" infrastrukturu əsasında yaranıb. Texnologiya "müəssisə səviyyəli təhlükəsizlik, məxfilik və etibarlılıq" təmin edir. Mütəxəssislər vurğulayıblar ki, “Microsoft” mühəndisləri istifadəçilərin səsli sorğularına giriş əldə edə bilməyəcəklər.
Yeni xidmət ABŞ-da avtomobil sahibləri üçün beta-test çərçivəsində istifadəyə verilib, proqramda MBUX ilə təchiz olunmuş 900 minə yaxın avtomobil iştirak edir. Sentyabr ayında "Mercedes-Benz" sınaqları dayandıracaq və ChatGPT-nin avtomobil sahiblərinə məlumatı nə dərəcədə dəqiq təqdim etdiyini öyrənmək üçün xidməti söndürəcək. Yəqin ki, gələcəkdə chatbot-a dəstək dünyanın digər regionlarında da peyda olacaq.

Lent.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












