"Chevrolet Equinox" modelinin elektrik versiyası debüt edib

Avtodünya 10 Sentyabr 2022 23:56 Oxunub 4204
"Chevrolet Equinox" modelinin elektrik versiyası debüt edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Chevrolet şirkəti yeni Equinox EV krossoverini təqdim edib. Amerikan istehsalçı onu rəqabətcil yığcam krossover seqmentindəki ən sərfəli elektrik avtomobili olduğunu iddia edir. Ultium platformasına əsaslanan model ön və tam ötürməli ola bilər.

Elektrik krossoveri 483 kilometrə qədər yürüş məsafəsinə və Super Cruise avtopilotunu özündə ehtiva edən zəngin opsional avadanlıqlar siyahısına malikdir. Yığcam elektrik krossoverinin qiyməti də artıq məlumdur: Equinox EV modeli 30 min dollardan başlayan qiymətlərlə satılacaqdır.

 

“Hər kəs üçün elektrokar”, – Equinox EV modelinin şüarı belə səslənir. Krossoverin baza versiyası ön ötürməli olacaq, 210 at qüvvəsi və 328 Nm fırlanma anına hasil edən bir elektrik mühərriki ilə hərəkətə gələcəkdir.

Tam ötürməli versiya ümumi hasilatı 290 at qüvvəsi  və 469 Nm fırlanma anı olan ikimühərrikli güc qurğusu ilə təchiz ediləcəkdir. Ən güclü Equinox EV modeli 60 mil/saat (97 km/saat) həddinə sürətlənməyə təxminən altı saniyə sərf edəcəkdir.

 

Ön ötürməli krossoveri üçün iki batareya seçimi təklif ediləcəkdir, lakin onların tutumu hələlik açıqlanmayıb. Ancaq yürüş məsafəsi məlumdur - 402 və ya 483 kilometr. Tam ötürməli Equinox EV isə, dolu batareya ilə 451 kilometr qət edə biləcəkdir.

Elektromobilin əsasını General Motors konserninə daxil olan markaların elektromobilləri üçün hazırlanmış miqyaslanan Ultium platforması təşkil edir. Bu platformadan GMC Hummer EV və Chevrolet Silverado EV pikaplarının, Cadillac Lyriq və Chevrolet Blazer EV krossoverlərinin istehsalında da istifadə olunur.

 

Arxa divanın qatlanması halında Equinox EV modelinin baqajına 1614 litrə qədər yük yerləşdirmək olar. Krossoverin standart təchizatına 19-düymlük təkər diskləri, multimedia sisteminin 11-düymlük displeyi və rəqəmsal cihazlar paneli daxildir. Top versiyada təkər disklərinin ölçüsü 21, multimedia sisteminin ekranının diaqonalı isə, 17,7 düymədək böyüyür.

Təchizat və opsiyalar siyahısında həmçinin proyeksiya displeyi, adaptiv kruiz-kontrol, Chevy Safety Assist kompleksi və digər təhlükəsizlik sistemləri, həmçinin ABŞ və Kanadadakı rəqəmsallaşdırılmış magistral yollarda əllərinizi sükandan çəkməyə imkan verən Super Cruise avtopilotu var. Belə yolların ümumi uzunluğu 640 kilometrə çatır. Klimat-kontrol, hətta top versiyada belə iki zonalıdır.

 

Chevrolet Equinox elektrokarı eyniadlı daxili yanma mühərrikli krossoverinin istehsal edildiyi Meksikadakı zavodda yığılacaqdır. Onun satışlarına düz bir il sonra il -  2023-cü ilin payızında başlanmalıdır. İlkin olaraq orta təchizatlı krossover satışa çıxacaqdır, baza elektrik krossoveri isə, daha sonra bazarda peyda olacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh