Çindən və Ərəb ölkələrindən gətirilən “Toyota” avtomobillərində nə kimi fərqliliklər mövcuddur? - VİDEOSORĞU

Avtodünya 13 İyul 2023 10:49 Oxunub 3170
Çindən və Ərəb ölkələrindən gətirilən “Toyota” avtomobillərində nə kimi fərqliliklər mövcuddur? - VİDEOSORĞU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana fərqli ölkələrdən xüsusilə Çindən və Dubaydan çox saylı yeni “Toyota” avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilb qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?

Təbii ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə “Toyota”nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulmuş və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.

Avtosfer.az məsələ ilə bağlı ustalar və “Toyota” sürücüləri arasında sorğu keçirib. Respondetlərə aşağıdakı suallar ünvanlanıb.

Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə satılan “Toyota” avtomobillərində nə kimi fərqliliklər mövcuddur?

“Toyota” avtomobilini əldə etmək istəyən şəxslərə nə kimi tövsiyələriniz var?

Ustalar bildiirblər ki, xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən “Toyota” avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodu sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklərdə yaranır.

Butün bu qeyd olunanan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.

Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni “Toyot”a avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 km-ə qədər təqdim olunur.

Xatırladaq ki, “Toyota”nın Azərbaycanda rəsmi diler mərkəzləri Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzidir

Orxan Əli

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh