Çinin “Tesla”sına Almaniyada reklam qadağası

Çinin lüks elektromobil istehsalçısı hesab edilən “Nio” şirkəti Almaniyada problemlə qarşılaşıb.
Avtosfer.az Almaniya mətbuatına istinadla xəbər verir ki, “Audi” şirkəti çinli istehsalçını məhkəməyə verib. Çinin “Tesla”sı adlandırılan “Nio” şirkəti satışa çıxardığı 2 modelin adına görə Audinin qəzəbinə gəlib.
Audinin menecerləri hesab edirlər ki, çin markasının ES6 və ES8 modellərinin adları alman şirkətinin S6 və S8 modelləri ilə oxşardır. Buna görə də istehlakçılar modelləri sə\hv sala bilər.
İşə baxan Almaniya məhkəməsi Nionun hər 2 modelinin ölkədə reklamını qadağan edib. Qadağaya əməl olunmadığı təqdirdə şirkəti 250 000 avro cərimə və nümayəndəliyin rəhbərini həbs gözləyir. Nio qərardan apellyasiya şikayəti versə də, avropalı ekspertlər sözügedən modellərin bazara başqa adla çıxacağını deyirlər.
Ümumiyyətlə, avtomobil bazarında rebrendinq tam normal prosesdir. Məsələn, bizim “VAZ-2107” kimi tanıdığımız model vaxtilə Sovet İttifaqından kənarda “Lada Toscani”, “Lada Riva”, “Lada Estate” adları ilə satılıb.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












