“Cybertruck”ın istehsalı başlayır - FOTO

“Tesla” sosial media hesabında “Cybertruck”ın istehsalına başladığını açıqlayıb. Şirkət Texasdakı ‘Gigafactory”də yığılmış ilk elektrik pikapının fotosunu yerləşdirib, "İlk “Cybertruck” “Giga” Texasda quruldu !" açıqlamasını verib.
Avtosfer.az-ın məlumatına görə, gövdəsi ağır paslanmayan poladdan olan elektrik pikapda zirehli pəncərələr də var. Şirkət rəhbəri İlon Maskın sözlərinə görə, avtomobilin gövdəsi 9 mm-lik güllələrə tab gətirəcək qədər güclüdür.
“Cybertruck” ilk dəfə 2019-cu ildə təqdim edilib. Avtomobilin 2021-ci ildə kütləvi istehsalına başlaması planlaşdırılırdı, lakin bu, 2022-ci ilə təxirə salındı. Şirkət istehsalı yenidən 2022-ci ilin yanvarından 2023-cü ilə təxirə salındı. İ.Mask bu gecikməni avtomobili potensial müştərilər üçün daha cəlbedici etmək üçün edilən dəyişikliklərlə əlaqələndirdi.
“Cybertruck”da avtopilot avtomatik parkinq və tam ötürücü funksiyaları mövcuddur. Avtomobil üç fərqli versiyada təklif ediləcək: tək, iki və üç mühərrikli. Bu modellər akkumulyatorun tutumundan asılı olaraq 400, 500 və 800 kilometr məsafə qət edəcək. Avtomobilin üst versiyası 0-dan 100 km/saata 2,9 saniyədən az vaxta sürətlənə bilir.

Trend
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












