"DMC" atelyesi "Maserati MC20" kupesini təkmilləşdirməyi təklif edir

2021-ci ilin payızında təqdim edilən ortamühərrikli Maserati MC20 sportkarı italiyan brendinin bu günə olan ən müasir idman avtomobilidir. 630 at qüvvəli V6 Nettuno benzin turbomühərriki və iki muftalı 8-pilləli “robot” ilə təchiz edilmiş avtomobil özlüyündə əladır, lakin standart kupenin kifayət qədər yaxşı olmadığını düşünən insanlar da var.
Almaniyanın DMC Tuning şirkəti belə düşünən şəxslərə, italiyan sportkarının ciddi şəkildə təkmilləşdirilmiş modifikasiyasını - Sovrana adlı versiyasını təklif edir.

Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən DMC tüninq atelyesi model üçün özündə yeni splitteri, radiator barmaqlığını, hava girişləri olan kapotu, kandarları, diffuzoru və stasionar antiqanadı birləşdirən aerodinamik elementlər dəstini hazırlayıb.
Bu dəsti müxtəlif ölçülü təkər diskləri tamamlayır - öndə 20, arxada isə, 21 düymlük. Disklər Kanadanın PUR Wheels firması tərəfindən tədarük olunur.


İnteryerin üzlənməsində damalı tikişləri olan davamlı dəridən istifadə edilir, pedallara isə, yeni alüminium örtmələr quraşdırılır. Tüner texniki tərəfi də nəzərdən qaçırmayıb. Mühərrikin yenidən proqramlanmış idarəetmə bloku, idman hava filtrləri və yeni buraxılış sistemi güc aqreqatının hasilatını 715 at qüvvəsi və 646 Nm-ə qədər artırmağa imkan verir.
Bu, Maserati MC20 modelini 710 at güclü Ferrari F8 Tributo superkarına layiqli rəqib edir. Bundan əlavə, yeni yaylar klirensi 30 millimetr aşağı salaraq idarəetməni yaxşılaşdırır. Təkmilləşdirmənin qiyməti ənənəvi olaraq açıqlanmayıb.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












